media-inshot_20260422_153753081

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan indi yaxşı dostlardır. Bu, olduqca əlamətdardır”.

Patrul.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff Mayami Universitetində keçirilən illik “Real Estate Impact” konfransındakı çıxışı zamanı bildirib.

Diplomatik səylər nəticəsində sülh sazişinin cəmi 6 həftə ərzində əldə edildiyini qeyd edən ABŞ rəsmisi tərəfləri yaxınlaşdırmaqda ABŞ Prezidenti Donald Trampın rolunu xüsusilə vurğulayıb.

Elçi bildirib ki, sazişin qısa müddətdə əldə olunmasının əsas səbəblərindən biri diplomatik prosesin ictimaiyyət və mediadan kənar şəkildə aparılması olub. O, xüsusilə The New York Times qəzetinin bu barədə məlumatlı olmamasının prosesə maneə yaratmadığını qeyd edib.

“Bizim etdiyimiz əsas məsələ anlaşılmazlıqları aradan qaldırmaqdır. Prezidentin adından Azərbaycan və Ermənistan arasında üzərində işlədiyimiz bu razılaşma ən asan razılaşmalardan biri idi. Çünki ‘The New York Times’ bu prosesdən xəbərsiz idi və bu səbəbdən görülən işlərə mənfi təsir göstərə bilmədi. Biz bu razılaşmanı altı həftə ərzində əldə etdik”, – deyə Uitkoff bildirib.

O əlavə edib ki, 37 il davam edən münaqişənin bu şəkildə həlli “diqqətəlayiq” hesab olunmalıdır.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyan arasında Birgə Bəyannamə imzalanıb.

Həmin görüşdə Tramp liderləri “iki böyük rəhbər” adlandırıb, Əliyev isə onun qısa müddətdə “möcüzə yaratdığını” bildirib. 2026-cı ilin əvvəlində isə bu sülh sazişi Zayed İnsan Qardaşlığı Mükafatına layiq görülüb.

media-1744965161-1744964737
Stiven Uitkoff

 

media-inshot_20260422_153905786 media-4dbaa85a70f66c25996f377ff8883ff7


Bənzər xəbərlər