İlham Əliyev xanımı ilə Antalya Diplomatiya Forumunun açılışında iştirak edir
Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun (ADF) rəsmi açılış mərasimi keçirilir.
Patrul.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçirilən forumda dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçıları, xarici işlər nazirləri, beynəlxalq təşkilatların rəhbərləri və diplomatlar bir araya gəlib.
Builki forum qlobal çağırışlar, sülh və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün mühüm platforma rolunu oynayır.
Səfər çərçivəsində dövlət başçısının bir sıra ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulub.
Xatırladaq ki, Antalya Diplomatiya Forumu regionun ən nüfuzlu siyasi dialoq platformalarından biri hesab olunur.






