İllər öncə qaçan cütlük 33 ildən sonra toy etdilər
Antalyanın Alanya rayonunda yaşayan Mevlüt və Həvva cütlüyü, evliliklərinin 33-cü ilində unudulmaz bir toyla xəyallarını gerçəkləşdirdilər.
Patrulaz.az “SonDakika”ya istinadən xəbər verir ki, gənc yaşlarında bir-birini sevərək qaçıb evlənən cütlük, illər sonra gəlinlik və bəy paltarı geyinərək sanki ikinci baharlarını yaşadılar. Mevlüt Yüksekalan, “33 il əvvəl yox, elə bil indi evlənmişik” dedi.
Alanyada 33 il əvvəl sevgilərinə heç bir maneə tanımadan həyatlarını birləşdirən Mevlüt Yüksekalan (55) və Həvva Yüksekalan (53) cütlüyü, o dövrdə maddi çətinliklər səbəbilə toy edə bilməmişdi. İllər ərzində bir övlad və bir nəvə sahibi olan cütlüyün ən böyük arzusu, gerçək bir toyla taclandırılmamış evliliklərini dostları və sevdikləri ilə qeyd etmək idi. Həvva ananın qəlbində bir yara kimi qalan gəlinlik arzusunu eşidən Mevlüt əmi, həyat yoldaşına unudulmaz bir sürpriz hazırladı. Payallar Toy Salonunda Həvva ana ağ gəlinlik, Mevlüt əmi isə bəy paltarı geyinərək salona daxil oldular. Cütlüyü yüzlərlə qonaq coşqulu alqışlarla qarşıladı.
Ləman Sərraf






