İnəkləri zebra kimi boyadılar - Səbəbini eşidəndə təəccüblənəcəksiniz
Yaponiyada aparılan qeyri-adi tədqiqatların birində inəklər zebra kimi ağ zolaqlarla boyadılıb.
Patrulaz.az xəbər verir ki, Yapon tədqiqatçılarının araşdırmalarına görə, mal-qaranı zebra kimi ağ zolaqlarla boyamaqda məqsəd onları milçək dişləməsindən qorumaqdır.
Tədqiqat zamanı müşahidə olunub ki, iri buynuzlu heyvanların su əsaslı boya ilə zebra naxışına bürünməsi milçək dişləmələrini 50%-ə qədər azaldır. Bu, qara zolaqlı və boyanmamış heyvanlarla müqayisədə ciddi fərq təşkil edir.
Tədqiqatda bildirilib ki, milçəklər mal-qara otarılmasına mane olur, ət və süd istehsalına mənfi təsir göstərir. Buna görə də bu üsuldan istifadə olunmağa başlanılıb.
Qeyd edək ki, su əsaslı boya bir neçə həftə ərzində yuyulduğu üçün gələcəkdə mütəxəssislər zebra naxışını daha qalıcı üsullarla tətbiq etməyi planlaşdırırlar.
Gülbəniz Səfərova






