İngiltərədə 2024-cü ilin iyul ayında Southport şəhərində 3 uşağın öldüyü, 8-i uşaq olmaqla 10 nəfərin yaralandığı bıçaqlı hücumu təşkil edən Axel Rudakubanaya şərti azad edilmədən ən az 52 il həbs cəzası verilib.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Aksel Rudakubana şərti azad edilmədən ən azı 52 il azadlıqdan məhrum edilib. Hakim bildirib ki, qanuna uyğun olaraq müttəhim cinayəti 17 yaşında törətdiyi üçün minimum müddət olmadan ömürlük həbs cəzasına məhkum edilə bilməz.

Rudakubananın böyük ehtimalla həbsxanadan heç vaxt çıxmayacağını bildirən hakim hücumu törədənin bir müddətdir ki, bacardığı qədər çox insanı öldürməyi planlaşdırdığına əmin olduğunu bildirib.


Bənzər xəbərlər