media-52a9f22b-7e21-49df-928e-3f24930fbc1e

İspaniyada aparılan arxeoloji qazıntılar zamanı təxminən 43.000 il əvvələ aid olduğu ehtimal edilən və insan üzünə bənzəyən qırmızı izlə işarələnmiş daş üzərində qədim insan barmaq izi aşkar edilib.

Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, Seqoviya şəhərindəki San Lazaro qaya sığınacağında tapılan bu daş, neandertalların mücərrəd düşünə və simvolik davranış sərgiləyə bildiklərini göstərən ilk sübutlardan biri hesab olunur. Tədqiqatçılar barmaq izinin yetkin bir kişiyə aid olduğunu bildirib və daşın qırmızı gil piqmenti olan oxra ilə qəsdən işarələndiyini müəyyənləşdiriblər.

Tədqiqatın həmmüəllifi, Madriddəki Complutense Universitetinin professoru María de Andrés-Herrero öz fikirlərini bölüşüb:
“Tapıntımız neandertalların sənət yaratmaq bacarığına dair müzakirələrə mühüm töhfədir. Bu, arxeoloji kontekstdə piqmentlə işarələnmiş ilk obyekt sayılır”, – deyə o bildirib.

Qeyd edək ki, alimlər bu daşın Avropada tapılmış ən qədim daşınan sənət nümunəsi ola biləcəyini vurğulayırlar.

Gülbəniz Səfərova


Bənzər xəbərlər