Niyə insanlar güzgüyə baxıb öz-özünə danışır? - MARAQLI SƏBƏBLƏR
İnsanların bir çoxu özünü güzgüdə görməyə tez-tez ehtiyac duyur. Güzgü görünüşümüzlə yanaşı, daxili aləmimizi də əks etdirən bir vasitədir.
Bəs niyə bir çoxları güzgüyə baxaraq öz-özünə danışır?
Patrulaz.az-ın araşdırmasına görə, insanların güzgüyə baxıb danışmasının əsas səbəbi öz görünüşünü sevməsi deyil. Əksinə, bu vərdişin bir neçə psixoloji səbəbi var:
Özünü tanıma instinkti
Psixoloqların fikrincə, insan güzgüdə üzünü izləyərkən öz varlığını dərk edir. Bu proses “özünüidentifikasiya” adlanır. Başqa sözlə, güzgü qarşısında danışmaq insanın “mən kiməm?” sualına cavab axtarışıdır.
Stressin azaldılması üsulu
Bir çox insan gərgin anlarda güzgüyə baxaraq danışır. Bu, sanki özünə hesabat vermək və ya təsəlli tapmaq rolunu oynayır. Həkimlər deyir ki, güzgü qarşısında danışmaq beyin üçün psixoloji boşalma mexanizmidir.
Özünə inamı artırır
Xüsusilə çıxışa hazırlaşanlar və ya mühüm görüş öncəsi insanlar güzgü qarşısında danışaraq məşq edirlər. Bu, özünü dinləmək, sözləri ölçüb-biçmək və bədən dilini nəzarətdə saxlamaq üçün effektiv üsuldur.
Yalnızlıq hissini azaldır
Bəzi mütəxəssislər isə qeyd edirlər ki, güzgü ilə danışmaq sosial ünsiyyətin psixoloji əvəzedicisidir. İnsan özünü tək hiss edəndə güzgüdəki əksini bir növ qarşı tərəf kimi qəbul edir. Əgər güzgü qarşısında həddindən artıq uzun-uzadı danışmaq, real insanlarla ünsiyyətdən qaçmaq halları müşahidə olunursa, bu, müəyyən psixoloji problemlərin də əlaməti ola bilər.






