media-img_1332

Bəzən bir insanın etdiyi yaxşılıq onlarla nəsihətdən daha təsirli olur. “Express Ucuzluq” mağazalar şəbəkəsinin rəhbəri İlyas bəyin atdığı addım da buna bariz nümunədir.

Əslən Gədəbəy rayonundan olan, fiziki qüsurlu Röyal uzun illər çətin şəraitdə yaşayıb. Lakin sosial şəbəkələrdə onun həyat hekayəsini görən İlyas bəy bu gəncin taleyinə biganə qalmayıb. O, Röyalı Bakıya dəvət edərək yalnız işlə təmin etməklə kifayətlənməyib, həm də qalacaq ev və bütün zəruri şəraitlə təmin edib.

Bu münasibət təkcə bir iş təklifi ilə məhdudlaşmayıb. İlyas bəy Röyal bəyin yanında olaraq ona həm dost, həm də dayaq olub. Röyal bu gün artıq ölkədə kifayət qədər tanınır, “Express Ucuzluq” şəbəkəsinin reklam çarxlarında iştirak edir, müxtəlif tədbir və istirahətlərdə iş adamı ilə birgə görünür.

Röyalın əvvəlki həyatına nəzər salanda onun çətinliklər içində keçən günləri göz önünə gəlir. Amma bir insanın dəstəyi sayəsində indi Röyal yeni həyata başlayıb, ümidini itirməyib və özünü cəmiyyətin tamhüquqlu üzvü kimi hiss edir.

Patrul.az olaraq hesab edirik ki, bu hadisə hər kəs üçün böyük bir mesajdır. Təəssüf ki, bəzən fiziki qüsurlu şəxsləri reklam məqsədilə önə çəkib sonra onları unudanlar da olur. Amma İlyas bəyin nümunəsi göstərir ki, əsl sahibkarlıq təkcə qazanc arxasınca qaçmaq deyil, insanlığa xidmət etməkdir.

Bu hekayə bizə nəyi xatırladır: bir insanın həyatına toxunduqda, yalnız bir taleyi deyil, bütöv bir ümid dünyasını dəyişə bilərik.

Patrulaz.az


Bənzər xəbərlər