"İnter"in məşhur qapıçısı 7 ilədək həbs oluna bilər - FOTOSU
İtaliyanın “A” seriyasında çıxış edən “İnter” klubunun ispaniyalı qapıçısı Xosep Martinezi ciddi hüquqi problem gözləyir.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, 27 yaşlı qapıçı avtomobili ilə hərəkət edərkən əlil arabasında olan 81 yaşlı kişini vuraraq onun ölümünə səbəb olub.
Hadisədən dərhal sonra polis Martinezin sürücülük qabiliyyətini və avtomobilin hərəkət sürətini araşdırmağa başlayıb. İlkin nəticələrə əsasən, qəzaya futbolçunun yol hərəkəti qaydalarını pozması və diqqətsizliyi səbəb olub.
İtaliya mediasının məlumatına görə, başa çatan istintaqdan sonra Xosep Martinezi 2 ildən 7 ilə qədər həbs cəzası gözləyir. Bununla yanaşı, məhkəmə prosesi ərəfəsində futbolçunun pul cəriməsi ilə üzləşməsi də istisna edilmir.
Qeyd edək ki, “İnter” Xosep Martinezi 2024-cü ilin yayında “Cenoa”dan 14 milyon avroya transfer edib. 27 yaşlı qapıçı bu mövsüm Milan təmsilçisinin heyətində 2 oyunda iştirak edib.
Baş verən hadisə ilə bağlı “İnter” klubu hələlik rəsmi açıqlama yaymayıb.

Gülbəniz Səfərova






