media-inshot_20250923_182618188

“Heç bir ölkə İran-Azərbaycan münasibətlərinin xarakterini müəyyən edə bilməz”.

Patrulaz.az “İRNA”ya istinadən xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclasının sonunda deyib.

Nazir çıxışında bildirib ki, İran və Azərbaycan arasında əlaqələr yalnız iki ölkənin iradəsi ilə formalaşır və heç bir üçüncü ölkə bu əməkdaşlığın xarakteri barədə qərar verə bilməz.

O əlavə edib ki, nəqliyyat, tranzit və infrastruktur sahələrində əməkdaşlıq parlaq perspektivlər vəd edir. Fərzanə Sadiq İran prezidentinin Azərbaycana səfərindən sonra bank və aviasiya sahələrində irəliləyişin müşahidə olunduğunu söyləyərək, Bakı-Təbriz-Tehran arasında birbaşa reyslərin artırılmasını buna misal çəkib.

Nazir həmçinin sərhəddə yük daşımalarında yaranan problemlərin həlli üçün İran, Azərbaycan və Rusiya nümayəndələrinin iştirakı ilə xüsusi işçi qrupunun yaradıldığını açıqlayıb.

media-img_20250923_181929_690


Bənzər xəbərlər