media-inshot_20250908_023157956

“Azərbaycan səfirliyinə hücumla 1.8 milyon azərbaycanlı turisti itirdik”.

Patrulaz.az “SNN”ə istinadən xəbər verir ki, bu sözləri İranın mədəni irs nazirinin müavini Ənuşirəvan Mohseni ölkəsində azərbaycanlı turistlərin sayının azalma səbəbləri barəsində jurnalistlərlə keçirdiyi brifinq zamanı deyib.

İran rəsmisinin sözlərinə görə, İranda azərbaycanlı turistlərin azalmasının əsas səbəblərindən biri pandemiya, digəri isə 2023-cü ildə baş vermiş Azərbaycan vətəndaşlarına qarşı yönəlmiş səfirliyə hücumdur:

“2019-cu ildə ölkəyə 9 milyon 800 min turist gəlib. Sonrakı il pandemiya oldu. Azərbaycan vətəndaşına qarşı baş verən həmin hadisə nəticəsində 1 milyon 800 min azərbaycanlı turisti itirdik”,- deyə Ənuşirəvan Mohseni vurğulayıb.

Xatırladaq ki, 2023-cü il 27 yanvar tarixində Azərbaycanın İranın paytaxtı Tehranda yerləşən səfirliyinə terror aktı həyata keçirilib. Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq səfirlik əməkdaşlarına atəş açıb. Hadisə nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb.


Bənzər xəbərlər