media-inshot_20260501_101025951

İranın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Kazım Cəlali Tehranın regionda davamlı sülhün bərpası üçün irəli sürdüyü əsas tələbləri açıqlayıb.

Patrul.az xəbər verir ki, “TASS” agentliyinə müsahibə verən diplomat strateji müttəfiqlərin vasitəçilik səylərini təqdir etdiklərini bildirərək, İran tərəfinin “qırmızı xətlərini” diqqətə çatdırıb.

Səfirin sözlərinə görə, İranın sülh planı aşağıdakı dörd bənddən ibarətdir:

1. Təcavüzkar hərəkətlərin tam və qəti şəkildə dayandırılması.

2. Müharibə və gərginlik ocaqlarının yenidən alovlanmayacağına dair konkret beynəlxalq zəmanətlərin verilməsi.

3.Münaqişə dövründə ölkəyə dəymiş maddi və mənəvi zərərin tam şəkildə ödənilməsi.

4. Hörmüz boğazı statusu: Dəniz təhlükəsizliyi kontekstində İranın Hörmüz boğazındakı hüquqi yurisdiksiyasına və suverenliyinə tam hörmət edilməsi.

Müsahibədə diqqətçəkən əsas məqam Tehranın illərdir əsas şərt kimi irəli sürdüyü “uranın zənginləşdirilməsi hüququ” məsələsinin bu siyahıda yer almamasıdır.

Kazım Cəlali sonda əlavə edib ki, vasitəçilərin rolu nə qədər konstruktiv olsa da, real nəticə yalnız qarşı tərəfin mövcud reallıqları qəbul etməsindən və öz öhdəliklərini yerinə yetirməsindən asılıdır.


Bənzər xəbərlər