media-inshot_20260113_165154075

Son zamanlar İran‑Azərbaycan ticarətindəki vəziyyət və bazar şərtlərinə görə İrandan Azərbaycana gətirilən ərzaq və qeyri‑ərzaq mallarının qiymətlərində yaxın günlərdə bahalaşma olub‑olmayacağı barədə həm iqtisadi ekspertlərin fikirləri, həm də medianın məlumatları diqqətə alınır.

Bəs, İrandan Azərbaycana gətirilən məhsullar –  həm ərzaq, həm də qeyri-ərzaq malları üzrə yaxın günlərdə bahalaşma gözlənilirmi?

Bu barədə AR Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva Patrul.az-a açıqlamasında bildirib ki, İrandan Azərbaycana gətirilən məhsulların qiymətində yaxın günlərdə kəskin artım ehtimalı aşağıdır:

“Yaxın günlərdə İrandan Azərbaycana gətirilən məhsullar – həm ərzaq, həm də qeyri-ərzaq malları üzrə genişmiqyaslı bahalaşma gözlənilmir. Çünki hazırda İran rialı zəif mövqedə qalmaqdadır. Bu isə, İrandan idxal olunan malların maya dəyərini kəskin artırmır. Odur ki, valyuta səbəbindən ani bahalaşma ehtimalı aşağıdır. Bunlardan başqa, son aylarda İran-Azərbaycan sərhəddində ciddi məhdudiyyət və ya yeni rüsum artımı açıqlanmayıb. Logistika xərclərində də kəskin sıçrayış yoxdur. Bu da yaxın günlər üçün ümumi qiymət artımını məhdudlaşdıran amildir”.

media-img-20260113-wa0027

Ekspertin sözlərinə görə, bəzi məhsullarda kiçik artım ola bilər, amma ümumi qiymətlər əsasən sabit qalacaq:

“Ayrı-ayrı məhsullar üzrə cüzi artımlar mümkündür, lakin bu, ümumi inflyasiya dalğası səviyyəsində deyil. Qiymət artımı olarsa belə, bu daha çox mövsümi və bazardaxili səbəblərlə bağlı olacaq. İqtsisadçı ekspert onu da qeyd edib ki, yaxın gələcəkdə regiondakı geosiyasi vəziyyətdən, logistika zəncirində yaranan çətinliklər və s. səbəblərdən asılı olaraq qiymətlər arta bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər