İrandan Zəngəzur dəhlizi barəsində AÇIQLAMA: "Heç bir təhdid yox imiş"
İranın xarici işlər naziri Abbas Əraqçi Ermənistan və Azərbaycan arasında bağlanmış Birgə Sülh Bəyannaməsində əks olunan Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın İranın təhlükəsizliyinə heç bir təhdid olmadığını açıqlayıb.
Patrulaz.az Yerli KİV-ə istinadla xəbər verir ki, İran rəsmisi razılaşmanın detallarını Tehrana ətraflı izah edildiyini bildirib.
Əraqçi Birinci Kanala müsahibəsində vurğulayıb ki, baş nazir Nikol Paşinyan və erməni diplomatlar İran rəhbərliyinə əminlik veriblər ki, bu məsələdə İranın maraqları qorunacaq.
Onun sözlərinə görə, əvvəl Zəngəzur dəhlizi məsələsi İranda təhlükəli cəhd kimi qəbul edilib:
“İndi söhbət yalnız Ermənistanın suverenliyi altında, Amerikanın özəl şirkəti tərəfindən çəkilən yoldan gedir. Sərhəddə Amerikanın hərbi və təhlükəsizlik strukturları olmayacaq, təhlükəsizliyi isə Ermənistan özü təmin edəcək”-, deyə İran rəsmisi bildirib.
Əraqçi həmçinin bildirib ki, İran İrəvana narahatlığını bildirib və ölkənin bütün “qırmızı xətlərinin” nəzərə alınacağına dair vədlər alıb.
Gülbəniz Səfərova






