media-img_6728

Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib ki, İranın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili fikir mübadiləsi aparmaq və bəzi İran rəsmilərinin Türkiyəyə qarşı iddialarını müzakirə etmək üçün nazirliyə dəvət olunub.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, İran rəsmiləri ilə mütəmadi olaraq görüşdüklərini və fikir mübadiləsi apardıqlarını bildirən Keçəli bu gün İranın Ankara səfirliyinin müvəqqəti işlər vəkilini nazirliyə dəvət etdiklərini bildirib. Keçeli görüşdə ikitərəfli məsələlərin müzakirə edildiyini və bəzi İran rəsmilərinin Türkiyə əleyhinə iddialarının da gündəmə gətirildiyini bildirib. Keçəli, İran rəsmilərinin son zamanlar Türkiyə ilə bağlı tənqidlərini daha çox açıq şəkildə ifadə etdiklərinin göründüyünü qeyd edərək, nazirliyin bu mövzuda hazırladığı faylın daha əvvəl İran tərəfinə göndərildiyini bildirib.


Bənzər xəbərlər