media-photo-output

İş yerlərində əməkdaşların işdən çıxarılması hər zaman müəyyən qaydalarla tənzimlənir. Hüquq və qanunlar müəyyən şəxslərin işdən çıxarılmasını qadağan edir. Bəs hansı əməkdaşların işdən çıxarılması qadağandır

Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev Patrul.az-a açıqlamasında bildirib ki, hüquq əməkdaşların müəyyən qruplarının hamilə qadınlar, uşağı olanlar, xəstə və ya ezamiyyətdə olan şəxslər daxil olmaqla işdən çıxarılmasını qadağan edir

“Hamilə qadınlar, 3 yaşına qədər uşağı olan qadınlar, 3 yaşına qədər uşağı tək başına böyüdən kişilər, yeganə qazancı məktəbəqədər təhsil alan uşağı olanlar və əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərin əmək müqaviləsi ləğv edilə bilməz. Bundan əlavə, siyasi partiyalar və həmkarlar ittifaqının üzvü olanlar, şəkərli diabet və skleroz xəstəliyindən əziyyət çəkənlər, ezamiyyətdə, məzuniyyətdə olan və kollektiv danışıqlarda iştirak edən şəxslər də işdən azad oluna bilməzlər”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər