media-inshot_20251223_205749047

Son illər işə qəbul proseslərində namizədlərin bilik və bacarıqlarından daha çox xarici görünüşünə diqqət yetirilməsi müzakirə mövzusuna çevrilib. Bu yanaşma bəzi hallarda peşəkarlığın kölgədə qalmasına, istedadlı və təcrübəli şəxslərin isə kənarda qalmasına səbəb ola bilər. Xarici görünüşə əsaslanan seçimlər iş mühitində ədalətlilik prinsipinə, motivasiyaya və ümumi iş məhsuldarlığına da təsir göstərə bilər.

İşə qəbul zamanı namizədlərin xarici görünüşünə görə seçilməsi trendə çevrilir – bu, iş mühitinə necə təsir edir?

Bu barədə Patrul.az-a açıqlamasında sosioloq İlkin Məmmədkərimov bildirib ki,işə qəbul zamanı əsas meyar namizədin xarici görünüşü deyil, bilik, bacarıq və peşəkarlığı olmalıdır:

media-img-20251223-wa0048

“Məsələ burasındadır ki, mən bunu ümumilikdə Azərbaycanda yanlış hesab edirəm. İnsanların xarici görünüşünə görə seçilməsi tendensiyası düzgün deyil. İşə qəbul zamanı əsas diqqət görünüşə yox, ilk növbədə bilik və bacarıqlara yönəlməlidir. Namizədin həmin sahədə nə dərəcədə peşəkar olması, işin öhdəsindən gələ bilməsi, əvvəlki iş təcrübəsi və fəaliyyəti əsas meyarlardır. Onun savadı, təcrübəsi və bilik səviyyəsi vacibdir. Xarici görünüşün bu baxımdan heç bir əhəmiyyəti yoxdur və işlə birbaşa əlaqəsi yoxdur. Ən önəmli faktorlar namizədin peşəkarlığı, ali təhsili, bilik və bacarıqlarının yerində olmasıdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər