media-img_5823

İspaniyanın baş naziri Pedro Sançes ABŞ prezidenti Donald Trampın Qəzzanı ələ keçirmək və fələstinliləri köçürmək planını beynəlxalq hüquqa zidd olaraq qiymətləndirib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Sançes İspaniyada rəsmi səfərdə olan Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə baş nazirin Madriddəki Moncloa iqamətgahında keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında danışıb. ABŞ prezidenti Trampın Qəzza planına bir daha açıq reaksiya verən Sançez Qəzzanın fələstinlilərə məxsus olduğun və gələcək Fələstin Dövlətinin bir parçası olduğunu bildirib.


Bənzər xəbərlər