İsrail Baş Qərargah rəisi israilli qadın hərbi məhbuslarından üzr istəyib
Martın 6-da vəzifəsini tərk edəcək İsrail Baş Qərargah rəisi Herzi Halevi son həftələrdə HƏMAS-ın Qəzzadan azad etdiyi İsrail qadın əsgərlərindən üzr istəyib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Halevi HƏMAS və İsrail arasında məhbus mübadiləsinin ikinci turunda sərbəst buraxılan Liri Albaq, Naama Levi və Karina Ariyev və üçüncü turda azadlığa çıxan Agam Bergerlə görüşüb.
İkinci turda sərbəst buraxılan qadın əsgərlərdən Daniella Gilboa görüşə qatılmayıb.
Bildirilib ki, görüş zamanı 4 əsgər Qəzza zolağında yaşadıqlarını Haleviyə danışıb. Halevinin əsgərlərə oktyabrın 7-də baş verənlərin araşdırılacağını və onların da bu işə qarışması lazım olduğunu dediyi qeyd edilib.