"İsrail istəməsə, Türkiyə Qəzzaya daxil ola bilməz" - Rubio
ABŞ Dövlət Katibi Rubio Qəzzada yaradılması planlaşdırılan işçi qrupu ilə bağlı açıqlamasında Türkiyə Ordusunun bölgəyə yeridilməsi ehtimalı ilə bağlı yayılan söz-söhbətlərə cavab verib.
Patrulaz.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Rubio bildirib ki, Türkiyə yalnız İsrailin razılığı ilə Qəzzaya daxil ola bilər:
“İsrail istəməsə, Türkiyə Qəzzaya girməz”, -deyə o bildirib.
Nazir, həmçinin Qəzzaya humanitar yardımın bərpa olunduğunu təsdiqləyib və regionun uzunmüddətli sabitliyi üçün planları vurğulayıb:
“Uzunmüddətli hədəf regionun yenidən qurulması və sabitliyin təmin edilməsidir”.
Xatırladaq ki, ötən gün isə İsrailin Baş naziri Benyamin Netanyahu türk əsgərlərinin Qəzzaya göndərilməsi ilə bağlı narahatlığını ifadə edib. O, mövzuda öz fikirlərini üstüörtülü şəkildə açıqlayaraq bildirib ki, Türkiyə təhlükəsizlik işçilərinin Qəzzaya gedişi məsələsində onun güclü etirazı var.






