İsrail Qəzzaya humanitar yardım daşıyan gəmiləri hədələdi
İsrail Xarici İşlər Nazirliyi Qəzza zolağının blokadasını yarmaq və bölgəyə humanitar yardım çatdırmaq məqsədi daşıyan Qlobal Sumud Flotillasını hədələyib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Nazirliyin bəyanatında qeyd olunur ki, İsrail heç bir halda gəmilərin “aktiv döyüş bölgəsinə daxil olmasına və qanuni dəniz blokadasını pozmasına” imkan verməyəcək.
Bildirilir ki, bu donanma HƏMAS tərəfindən təşkil olunub və əslində həmin təşkilata xidmət etmək məqsədi güdür.
Rəsmi açıqlamada həmçinin vurğulanıb:
“Əgər donanma iştirakçılarının əsas məqsədi HƏMAS-a dəstək yox, humanitar yardım çatdırmaqdırsa, onlar İsrailin təklifini qəbul etməlidirlər. Yardım gəmiləri Aşkelon limanına istiqamətləndirilməli, yüklər orada boşaldılmalı və dinc yolla ötürülməlidir”.
Məlumata görə, Qlobal Sumud Donanması 44 ölkədən olan nümayəndələrin iştirakı ilə formalaşdırılıb və tərkibində 50-dən artıq gəmi var. Donanmaya məxsus iki gəmi Tunis sahillərindən yola düşməzdən əvvəl hücuma məruz qalıb.






