İsrail Ramazan ayında Şərqi Qüdsdə fələstinlilərin evlərini dağıdıb
Ramazan ayında işğal altındakı Şərqi Qüdsdə dağıntılara dayandıran İsrail yenidən fəaliyyətə başlayıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail qeyri-hökumət təşkilatı İr Amim-in “X” hesabında yer alan yazıya görə, mümkün reaksiyalara görə on illərdir Ramazan ayında Şərqi Qüdsdə fələstinlilərin evlərini sökməkdən qaçan İsrail bu ilin ilk həftəsində 4 evi yıxıb. Bu çərçivədə, işğal altındakı Şərqi Qüdsün Beyt Hənina rayonunda bir fərdi yaşayış evi və İsaviyə rayonunda 3 mənzil dağıdılıb. İşğal altındakı Şərqi Qüdsdə 2023-cü ildə 140, 2024-cü ildə isə 181 evi dağıdan İsrail 2025-ci ilin əvvəlindən bu yana 46 evi dağıdıb.