İsrail son 24 saat ərzində Qəzzaya 170-dən çox zərbə endirib - FOTOLAR
İsrail ordusu son 24 saat ərzində Qəzza zolağına 170-dən artıq hava zərbəsi endirib.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, İsrailin yaydığı rəsmi bəyanata görə, hücumlar əsasən Qəzza şəhərinə istiqamətlənib və əməliyyatların miqyası daha da genişləndirilib.
Səhər saatlarından etibarən həyata keçirilən hücumlar nəticəsində, aralarında uşaqların da olduğu 35 fələstinli həlak olub.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən bu yana İsrailin Qəzza zolağına davam edən hücumları nəticəsində azı 65 419 fələstinli həyatını itirib, 167 160 nəfər isə yaralanıb.
![]()
Gülbəniz Səfərova






