media-inshot_20260307_211229444

İsrail Müdafiə Qüvvələri Tehranda yerləşən İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinə məxsus komandanlıq mərkəzinə zərbə endirdiyini açıqlayıb.

Patrul.az xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu yayıb.

Bildirilib ki, zərbə Tehranda yerləşən və İranın hava vəziyyətini qiymətləndirmək, eləcə də hava məkanının müdafiəsini koordinasiya etmək üçün istifadə olunan komanda mərkəzinə endirilib.

Açıqlamada qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələri Tehranda İran rejiminə məxsus bir sıra hərbi hədəflərə qarşı genişmiqyaslı zərbələr həyata keçirib.

“Bu zərbələr silsiləsində əsas hədəflərdən biri İranın hava vəziyyətini qiymətləndirmək və hava məkanını qorumaqdan məsul olan SEPAH Hərbi Hava Qüvvələrinin komandanlıq mərkəzi olub. Həmin idarəetmə mərkəzi Tehranda hava hücumundan müdafiə sisteminin əsas komanda məntəqəsi hesab edilirdi”, – deyə məlumatda bildirilib.


Bənzər xəbərlər