media-img_5775

İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşmasının ikinci mərhələsi danışıqları bu həftə başlayacaq.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail xarici işlər naziri ikinci mərhələ danışıqlarına bu həftə başlamaq qərarına gəlindiyini deyib.

ABŞ prezidenti Donald Trampın Qəzzada fələstinliləri zorla köçürmək və bölgəni ABŞ nəzarətinə almaq planına qarşı ərəb dövlətləri tərəfindən alternativ plan hazırlandığını bildirən Saar, İsrailin baş naziri Benyamin Netanyahunun bu planı araşdırmağa dəyər tapdığını bildirib.


Bənzər xəbərlər