media-img_6667

İsrail ordusunun Qəzza zolağına atdığı atəş və hava hücumu nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilib.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Qəzza zolağının cənubunda və şimalında dinc sakinlərə atəş açıldığı bildirilib.

İsrail ordusunun cənubundakı Rəfah şəhərində açdığı atəş nəticəsində 2 fələstinlinin həyatını itirdiyi, İsrailin də Xan Yunus şəhərinə hava hücumu təşkil etdiyi qeyd olunub.

Xəbərdə İsrail ordusunun Xan Yunis şəhərinin əl-Məvasi bölgəsinə təşkil etdiyi hava hücumunda 3 nəfərin yaralandığı bildirilib. İsrail ordusuna məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rəfah bölgəsində intensiv uçuşlarını davam etdirdiyi bildirilib.


Bənzər xəbərlər