İstanbulda 5 bal gücündə zəlzələ oldu
Türkiyənin Mərmərə dənizində 5 bal gücündə zəlzələ olub.
Patrulaz.az “TRT Haber”ə istinadla xəbər verir ki, zəlzələnin gücü İstanbulda da hiss olunub.
Zəlzələnin təsirindən çaxnaşma içində olan vətəndaşlar küçələrə axışıblar.
Dağıntılar və ya xəsarət alanlar barəsində hələlik məlumat yoxdur.






