İstanbulda saxlanılan 19 məşhur simadan 8-i narkotik aludəçisi imiş -ADLARI
İstanbulda aparılan genişmiqyaslı narkotik əməliyyatı zamanı məşhur şəxslərdən götürülən qan və saç nümunələrində 8 nəfərin narkotik maddə istifadəçisi olduğu müəyyən edilib.
Patrulaz.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, əməliyyat zamanı 19 məşhur şəxs saxlanılmışdı.
Onlar arasında müğənnilər və aktyorlar – Dilan Polat, Engin Polat, İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadisə Açıkgöz, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evgar Babataş, Zeynep Meriç Aral Keskin, Özge Özpirinççi və Mert Yazıcıoğlu yer alırdı.
Əməliyyat nəticəsində götürülən qan və saç nümunələrinin analizində Dilan Polat, Derin Talu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırımda narkotik maddə izləri aşkarlanıb.
Məlumata görə:
Saç nümunələrində kokain aşkarlananlar: Dilan Polat, Derin Talu, Deren Talu, Berrak Tüzünataç və Birce Akalay.
Qan nümunələrində THC-COOH (marixuana metaboliti) tapılanlar: Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırım.
Qanlarında reseptlə yazılmış dərmanlar olan məşhurlar: İrem Derici, Feyza Altun və Ziynet Sali, Engin Polat isə qanında aktiv maddə aşkar edilib.
Əməliyyat zamanı narkotik maddə aşkarlanmayan və təmiz olduğu müəyyən edilən məşhurlar isə bunlardır:
Duygu Özaslan Mutaf, Demet Evgar Babataş, Mert Yazıcıoğlu, Zeynep Meriç Aral, Ceren Moray Orcan, Hadisə Açıkgöz və Özge Özpirinççi Yamantürk.
Gülbəniz Səfərova






