media-img_5746

İtaliya prezidenti Sercio Mattarella Monteneqronun 2028-ci ildə Avropa Birliyinin (Aİ) bir hissəsi ola biləcəyinə inandığını bildirib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Rəsmi təmaslar üçün Monteneqroya səfər edən Mattarella Çetinyedəki Prezident İqamətgahında həmkarı Jakov Milatovic tərəfindən rəsmi mərasimlə qarşılanıb.
İtaliya prezidenti Mattarella birgə mətbuat konfransındakı çıxışında Aİ-nin genişlənməsinin İtaliya üçün əhəmiyyətli olduğunu ifadə edib: “2028-ci il hədəfi əldə edilə bilməyəcək bir hədəf deyil. İnanıram ki, Monteneqro bu qısa müddət ərzində, yəni 2028-ci ildə Aİ-nin bir hissəsi ola bilər”- deyə, o bildirib.

Monteneqro prezidenti Milatoviç də ölkəsinin İtaliya ilə həm mədəni, həm də diplomatik sahədə çox yaxşı əlaqələrinin olduğunu bildirib və İtaliyanın köməyi ilə Monteneqroda maliyyə cinayətləri ilə mübarizə bölməsinin yaradılacağını qeyd edib.


Bənzər xəbərlər