media-img_5905

İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenskini sərt tənqid etməsindən sonra insanları sakitliyə çağırıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, İtalyan “Radio24”-ə danışan Tajani Trampın Zelenskini “seçkilərə getməyən diktator” kimi təyin etməsi ilə bağlı bunları deyib: “ABŞ-ın yeni administrasiyasının sözləri hər zaman güclüdür. Trampla Zelenski arasında münasibətlərdə çatlar var, lakin vəziyyəti sakitləşdirmək və sülhü təmin etmək bizim marağımızdadır”- deyə, o bildirib. Trampın sözlərinə diqqət yetirməmək lazım olduğunu bildirən Tajani münaqişələrin davam etdiyi bu müddətdə insanları əsəblərinə hakim olmağa çağırıb.


Bənzər xəbərlər