Kağız İHA ilə Bayraktarı hədəf aldılar!
Yunanıstanda yerləşən Hellenic Aerospace Industry (HAI) aviasiya şirkəti Türkiyənin Bayraktar TB2 ilə rəqabət apara bilən pilotsuz uçuş aparatı (İHA) ARCHYTAS II-ni inkişaf etdirdiyini açıqlayıb.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət dizayn mərhələsində olan Yunan İHA-nı tanıtmaq üçün istifadə etdiyi vizualda Bayraktar TB2-ni hədəf alıb.
Greek City Times dizayn mərhələsində olan İHA-nın qanad açıqlığının 6 metr, uzunluğunun 4 metr, çəkisinin isə 30 kq olduğu və prototipin cəmi üç il ərzində uça biləcəyi bildirilib.