media-617ab13d-e19c-4d6e-99a2-14130a0e9580

Keçmiş bloqer Əzimova Rövşanə Mübariz qızı sosial şəbəkə hesabında yayımladığı videomüraciətdə keçmiş həyat yoldaşı tərəfindən şantaja məruz qaldığını iddia edib. O bildirib ki, ayrılıqdan sonra keçmiş həyat yoldaşı onun əvvəlki illərdə çəkilmiş açıq-saçıq görüntülərini müxtəlif sosial şəbəkə hesablarında yaymaqla ona təzyiq göstərir.

Məsələnin detallarını öyrənmək üçün Patrul.az olaraq Rövşanə Əzimova ilə əlaqə saxladıq. O bildirib ki, keçmiş həyat yoldaşı Elçin Hüseynov ilə təxminən 9 il əvvəl tanış olub. Onların rəsmi nikahı olmasa da, ailə kimi birgə yaşayıblar və həmin dövrdə Elçin Hüseynov onun ailəsi ilə birlikdə Rövşanə Əzimovanın evində qalıb.

Rövşanə Əzimovanın sözlərinə görə, o, Elçin Hüseynovla tanış olmamışdan əvvəl bloqerlik fəaliyyəti ilə məşğul olub və model kimi fəaliyyət göstərib. Həmin dövrdə sosial şəbəkə hesablarında açıq-saçıq fotoları da olub. Lakin birlikdə yaşamağa başladıqdan sonra bu şəkilləri silib və sosial media hesablarını bağlayıb.
O qeyd edib ki, münasibətlərinin ikinci ilində onların bir oğlan övladı dünyaya gəlib və uzun müddət hər şey normal davam edib. Lakin bir neçə ay əvvəl aralarında yaranan gərginlik səbəbindən ayrılmaq qərarı veriblər.

Rövşanə Əzimova iddia edir ki, ayrılıqdan bir müddət sonra başqa bir şəxslə nişanlanıb və bundan sonra keçmiş həyat yoldaşı tərəfindən təzyiqlərlə üzləşməyə başlayıb. Onun sözlərinə görə, Elçin Hüseynov keçmişdə çəkilmiş açıq-saçıq şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

Əzimovanın iddiasına görə, tərəflər sonradan bir araya gəlib və Elçin Hüseynov həmin görüntüləri paylaşmamaq, həmçinin uşaqla bağlı müəyyən məsələlər üzrə etibarnamə vermək müqabilində ondan 25 min manat tələb edib. Rövşanə Əzimova bildirib ki, çıxılmaz vəziyyətdə qalaraq bu məbləği ona ödəyib.
Onun sözlərinə görə, Elçin Hüseynov pulu aldıqdan sonra yoxa çıxıb, nə vəd etdiyi etibarnaməni verib, nə də razılaşmaya əməl edib. Əksinə, iddiaya görə, həmin görüntüləri müxtəlif sosial media hesablarında paylaşmağa başlayıb.

Çıxılmaz vəziyyətə düşdüyünü bildirən Rövşanə Əzimova məsələ ilə bağlı aidiyyəti qurumlardan kömək istəyir və baş verənlərin araşdırılmasını xahiş edir.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyi hələlik məlum deyil.

Patrul.az qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırdır.

Günay Salayeva


Bənzər xəbərlər