media-img_3984

Bu gün Azərbaycanın tarixində mühüm və qürurverici bir günün – Kəlbəcər rayonunun işğaldan azad edilməsinin 5-ci ili tamam olur.

2020-ci il noyabrın 25-də Azərbaycan Ordusu Kəlbəcərə bir güllə belə atmadan daxil olaraq, rayonun 27 illik işğalına son qoydu və bölgə yenidən dövlətimizin suverenliyi altına qayıtdı.

Kəlbəcərin azad edilməsi təkcə hərbi-siyasi uğur deyil, həm də tarixi ədalətin bərpası idi. İşğal dövründə rayonun infrastrukturuna, yaşayış məntəqələrinə, təbiətinə böyük ziyan dəysə də, bugün Kəlbəcər sürətlə yenidən qurulur. Yol, tunel, enerji və sosial layihələr bölgənin dirçəldilməsinə, sakinlərin doğma yurdlarına qayıdışına şərait yaradır.

Son beş il ərzində Kəlbəcərdə Laçın-Kəlbəcər avtomobil yolunun inşası, Murovdağ tunelinin qazılması, yeni elektrik infrastrukturu, hərbi və mülki obyektlərin qurulması kimi genişmiqyaslı işlər həyata keçirilib. Məqsəd rayonun tam bərpası, insanların təhlükəsiz və komfortlu şəkildə həyatlarına davam edə bilməsidir.

Bu gün Kəlbəcər azad, güclü və dirçələn Azərbaycanın rəmzlərindən birinə çevrilib. Şanlı Zəfərimizin növbəti ildönümündə qəhrəman şəhid və qazilərimizi minnətdarlıqla yad edir, onların fədakarlığı sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu bir daha qürurla xatırlayırıq.

Patrul.az


Bənzər xəbərlər