Kənddə “Lada” sürücüsünün həyati təhlükə yaradan manevrləri narazılıq doğurdu - VİDEO
Patrulaz.az-a müraciət edən Beyləqan rayonunun Birinci Şahsevən kəndi sakinləri bildiriblər ki, “Lada (Vaz) 2115” markalı, 10 LV 741 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yaşayış sahəsində dəfələrlə təhlükəli hərəkətlər edib. Xüsusilə uşaqların dərsdən çıxdığı vaxtlarda sürücünün avtomobili sürətləndirərək əl əyləcindən istifadə edib qəfil fırlatması uşaqlar və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradıb.
Sakinlər qeyd edirlər ki, sürücünün bu davranışı nəinki məsuliyyətsizlikdir, həm də qanunlara qarşı açıq hörmətsizlikdir. Onlar bildirirlər ki, kənddə uşaqların və sakinlərin həyatını təhlükə altına atan bu cür hərəkətlər yolverilməzdir və DİN-ə müraciət edərək, sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülməsini xahiş edirlər.






