media-inshot_20260129_234503321

Ali və orta ixtisas təhsili alan gənclər üçün hərbi xidmət məsələsi cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. Xüsusilə təhsil müddəti başa çatdıqdan sonra yaranan akademik borclar – yəni kəsirlər bu mövzuda müxtəlif suallar doğurur. Təhsil prosesi formal olaraq başa çatsa da, tələbənin universitetlə münasibətlərinin davam etməsi, onun hüquqi statusu ilə bağlı qeyri-müəyyənlik yarada bilər. Bu vəziyyət isə əsgərlikdən möhlət məsələsində fərqli yanaşmaların ortaya çıxmasına səbəb olur.

Bu halda, təhsil müddəti bitdikdən sonra akademik borcları olan şəxslər üçün əsgərlikdən əlavə möhlət hüququ nəzərdə tutulurmu və belə bir şəxs hələ də təhsil alan hesab edilirmi?

Bununla bağlı 5 saylı Vəkil Bürosunun vəkili Asim Abbasov Patrul.az-ın sualını cavablandırıb.

Onun sözlərinə görə, təhsil müddəti bitdikdən sonra akademik borcları olan şəxslər üçün əsgərlikdən əlavə möhlət hüququ nəzərdə tutulmur:

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunvericiliyə əsasən əyani təhsil formasında bakalavriat, magistratura, rezidentura və doktorantura pillələrində təhsil alan şəxslərə təhsil müddətini bitirənədək hərbi xidmətdən möhlət verilir lakin təhsil müddəti başa çatdıqdan sonra yığılan akademik borclara, yəni kəsirlərə görə əlavə möhlət hüququ nəzərdə tutulmayıb”.

media-inshot_20260129_233521443

Vəkil həmçinin qeyd edib ki, təhsil müddəti bitdikdən sonra kəsirlərə görə əsgərlikdən möhlət verilmir və belə şəxslər artıq təhsil alan hesab olunmurlar:

“Azərbaycan qanunvericiliyinə əsasən, təhsil müddəti başa çatdıqdan sonra yaranan akademik borclara (kəsirlərə) görə əsgərlikdən əlavə möhlət hüququ nəzərdə tutulmayıb. Təhsil müddəti bitdiyi üçün belə şəxslər təhsil alan hesab edilmir və kəsrləri olsa da, hərbi xidmətə çağırıla bilərlər. Möhlət yalnız qanuni təhsil müddətini əhatə edir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər