media-inshot_20250922_140033185

Şimali Koreya lideri Kim Çen In ölkəsinin hərbi potensialını əhəmiyyətli dərəcədə artıracaq yeni “gizli silah” əldə etdiyini bildirib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya rəhbəri yeni esmineslərin inşasını da vurğulayaraq bunun ölkəni “dəniz gücünə” çevirmək yolunda ilk addım olduğunu qeyd edib. Kim strateji qüvvələrin gücləndiriləcəyini və kütləvi istehsal olunan silahların performansının yaxşılaşdırılacağını vəd edib.

Məlumata görə, Pxenyan bu yaxınlarda karbon lifindən hazırlanmış yüksək güclü raket mühərrikinin bir sıra sınaqlarını tamamlayıb. Raket mühərriki qitələrarası ballistik raketlər üçün nəzərdə tutulub. Bildirilir ki, sınaqlara şəxsən Kim Çen In nəzarət edib və artıq kütləvi istehsal məsələsi müzakirə olunur.

Şimali Koreya lideri ABŞ-lə danışıqları da tam istisna etməyib. Lakin onun sözlərinə görə, bunun baş verməsi üçün Vaşinqton əvvəlcə Pxenyanın nüvəsizləşdirilməsi ilə bağlı tələblərindən imtina etməlidir.

Bundan əlavə, Kim Çen In Şimali Koreya qoşunlarının Kursk vilayətində döyüşlərdə iştirakından sonra gənclər arasında orduda xidmət etmək üçün “kütləvi impuls” yarandığını açıqlayıb. O, bunu “xalqın inqilab işinə sədaqətinin sübutu” kimi qiymətləndirib.


Bənzər xəbərlər