Kolumbiyada UFO-ya bənzər obyekt tapıldı
Kolumbiyanın Buqa şəhərində tapılan və üzərində naməlum oymalar olan metal kürənin UFO-ya məxsus olduğu güman edilir.
Patrulaz.az “The Express Tribune”yə istinadən xəbər verir ki, kürə yerə düşmüş vəziyyətdə tapılıb. Yerli sakinlər obyektin tapılmadan əvvəl səmada uçduğunu bildiriblər. Üzərində heç bir qaynaq izi olmayan bu kürənin içərisində mikroskopik kürəciklər aşkarlanıb.
Tədqiqatçı Xose Luis Velazkesin sözlərinə görə, bu çox nadir bir parçadır. Onun strukturu və oymaları tamamilə fərqlidir. Obyektin üç metal təbəqədən və doqquz mikrosferdən ibarət olduğu deyilir.
San Dieqo Universitetindən fizik Julia Mossbridge isə obyektin sadəcə sənət layihəsi ola biləcəyini bildirir: “UFO nəticəsi çıxarmazdan əvvəl ciddi elmi araşdırma aparılmalıdır”.
Qeyd edək ki, kürənin mənşəyi hələ də məlum deyil və tədqiqatlar davam edir.
Gülbəniz Səfərova






