media-inshot_20250608_094458246

Leyla Əliyevanın təşəbbüsü ilə növbəti qurban payları ailələrə çatdırılıb.

Patrulaz.az “Oxu.az”a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrin dəstəklənməsi məqsədilə həyata keçirilən “Bizim Mətbəx” sosial layihəsi çərçivəsində xeyriyyə aksiyası davam edir.

Aksiyanın növbəti mərhələsi Bakı şəhərinin Nərimanov rayonunda baş tutub. Bayram münasibətilə bu rayonda yaşayan 100 aztəminatlı ailəyə qurban ətindən ibarət qida bağlamaları təqdim olunub.

“Bizim Mətbəx” layihəsinin əsas məqsədi ehtiyacı olan ailələrə isti yeməklər və ərzaq yardımı çatdırmaqla həmrəylik və paylaşma dəyərlərini gücləndirməkdir. Layihənin fəaliyyətə başladığı gündən bəri Bakı və ətraf ərazilərdə minlərlə insana dəstək göstərilib, onlara gündəlik həyatlarında ümid və diqqət bəxş edilib.

Qeyd edək ki, artıq layihənin rəsmi veb-saytı – bizimmetbex.az – fəaliyyətə başlayıb. Sayt vasitəsilə vətəndaşlar ianə edə və könüllü fəaliyyətə qoşula bilərlər.

media-micrplpmmfelcnpdm3b9dpznvuxtq89t3cxdr1m6_1200 media-6iu486n7xnqijrrofxs5l2ssh2ymisbcvlft3669_640 media-fuxajyeq4zixu5y1qyhew89owqtxyuphlz9z9vlc_640 media-wpiojrqiwua8adelk0vdfd5tjque0ssfauigz9cz_640 media-dy4srninkiwzutqtzjomrskuxs5h4qfbkvrqizrn_640 media-ug6nn3shryjkdgcvurv612oudvu3w7vp9ncyxal4_640 media-ztoo8sgqsccumsxvdnafwy2xupxlchz8kzf8lbpj_640 media-tmsdzz2p8nqhbgjypptlmyz0si0eoso6etttfzdz_640


Bənzər xəbərlər