media-inshot_20250930_095234711

Bakıda ağır yol qəzası baş verib.

Patrulaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində – “Abşeron” ticarət mərkəzinin qarşısında Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Abbasov Elməddin Səməd oğlu və Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Sadıxov Elxan Elman oğlunun idarə etdikləri avtomobillər toqquşub.

Nəticədə Elməddin Abbasov və 1978-ci il təvəllüdlü sərnişin Xankişiyeva Aynurə Elxan qızı aldıqları ağır xəsarətlərdən vəfat edib. E.Sadıxov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.


Bənzər xəbərlər