Kəmaləddin Heydərov Lökbatanda yanğının baş verdiyi ərazidədir - YENİLƏNİB
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarlardan birində baş verən güclü yanğının söndürülməsi istiqamətində genişmiqyaslı əməliyyat davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğının miqyası nəzərə alınaraq, söndürmə əməliyyatına FHN-in Aviasiya dəstəsinə məxsus helikopterlər də cəlb edilib. Alovun həm havadan, həm də qurudan koordinasiyalı şəkildə qarşısının alınması istiqamətində tədbirlər görülür.
Bildirilib ki, görülən operativ tədbirlər nəticəsində yanğının geniş ərazilərə yayılmasının qarşısı alınıb.
İlkin məlumatlara görə, hadisə zamanı xəsarət alan və ya ölən yoxdur. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
***
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov yanğın baş verdiyi əraziyə gəlib.







