“Maşa və Ayı” cizgi filimi vətənində qadağan oluna bilər? - SƏBƏBLƏR
Rusiyada məşhur “Maşa və Ayı” cizgi filminin qadağan olunması barədə fikirlər irəli sürülüb.
Patrulaz.az xəbər verir ki, rusiyalı yazıçı Oleq Roy məşhur uşaq cizgi serialı olan “Maşa və Ayı” cizgi filminin televiziya və yayım xidmətlərində nümayişinin məhdudlaşdırılmalı olduğunu vurğulayıb.
O, daha sonra cizgi filminə 12+ yaş məhdudiyyətinin qoyulmasını təklif edərək, bunun uşaq tamaşaçıları üçün uyğun olmadığını bildirib.
Buna səbəb kimi Maşanın valideynsiz yaşaması və Ayı tərəfindən tərbiyə olunması göstərilib. Yazıçıya görə, bu hal uşaqlar üçün mübahisəli nümunə yaradır. Üstəlik, baş qəhrəmanın kaprizli və merkantil davranışları da tənqid olunur.
Bildirilir ki, cizgi filminin süjeti ənənəvi dəyərlərə uyğun deyil.
Məsələyə münasibət bildirən Dövlət Dumasının Mədəniyyət Komitəsinin sədr müavini Aleksandr Şoloxov isə bu kimi fikirləri “PR addımı” adlandırıb.
Gülbəniz Səfərova






