media-img_9950

Patrulaz.az redaksiyasına Sabunçu rayonunun Maştağa qəsəbəsində, xüsusilə də “Südçülük savxozu” adlandırılan ərazidə yaşayan sakinlər tərəfindən ciddi narazılıq daxil olub.

Sakinlərin sözlərinə görə, zibil konteynerləri günlərlə dolu vəziyyətdə qalır, tullantılar ətrafa dağılır və bu vəziyyət həm antisanitariya, həm də iyrənc qoxu səbəbindən ərazidə yaşayanların həyat şəraitini dözülməz edib. Bəzi yerlərdə zibillərin artıq konteynerdən daşaraq yol kənarına və məhəllələrin içərisinə yayılması müşahidə olunur.

Sakinlər bildirirlər ki, vəziyyətlə bağlı dəfələrlə Maştağa bələdiyyəsinə müraciət ediblər, lakin heç bir real tədbir görülməyib:

“Hər gün bu mənzərə ilə yaşayırıq. Bəzən 4-5 gün zibil yığılmır. Yayda bu iyin içində oturmaq mümkün deyil. Bələdiyyə hara baxır, bilmirik.”

Bu fonda əsas sual ortaya çıxır:

Maştağa bələdiyyəsinin sədri Mikayıl Məmmədov hara baxır?

Bələdiyyə qanunvericiliyə görə ərazi təmizliyi, abadlıq və ekoloji təhlükəsizlik istiqamətində birbaşa məsul qurumlardan biridir. Lakin görünən odur ki, Maştağada bu istiqamətdə nə nəzarət, nə də məsuliyyət hissi özünü göstərmir. Ərazi sakinləri hesab edir ki, bələdiyyə yalnız sənəd üzərində fəaliyyət göstərir, faktiki olaraq isə yerli problemlərin həllinə biganə yanaşır.

Hazırda ərazidə çəkilmiş görüntülər və sakinlərin şikayətləri əsasında Patrulaz.az məsələ ilə bağlı Maştağa bələdiyyəsinə və Sabunçu Rayon İcra Hakimiyyətinə sual ünvanlayır:

Zibilin içində yaşayan sakinlərin səsini nə vaxt eşidəcəklər?


Bənzər xəbərlər