Mavi gözlər əslində mavi deyil! - MARAQLI FAKTLAR
Kiminləsə söhbət edərkən və ya diqqətlə baxarkən ən çox nəzərə çarpan cəhətlərdən biri göz rəngidir. Ən diqqətçəkən rənglərdən biri də mavi gözlərdir. Amma alimlərin son araşdırmaları göstərir ki, mavi gözlər düşündüyümüz qədər də “mavi” deyil.
Patrulaz.az-ın məlumatına görə, Avstraliyanın Bond Universitetindən doktor Davinia Beaver izah edib ki, gözlərimizə rəng verən əsas amil “melanin” adlanan piqmentdir. Qəhvəyi gözlərdə “melanin” çox olduğu üçün işığı udur və tünd görünür. Mavi gözlərdə isə “melanin” azdır, nəticədə işıq daha çox səpələnir və gözlər “mavi” görünür. Bu fiziki hadisə isə “Tyndall effekti” adlanır.
Bu effektə və alimlərin fikirlərinə görə, əslində mavi gözlərin rəngi şəffafdır. Sadəcə işığın gözün quruluşunda qırılması və səpələnməsi nəticəsində biz onları mavi kimi qəbul edirik.
Son araşdırmalar sübut edib ki, göz rəngini tək bir gen deyil, çoxlu genlər müəyyənləşdirir. Bu da izah edir ki, eyni ailədə uşaqlar fərqli göz rənglərinə sahib ola bilər. Yəni, hər bir göz rəngi əslində işığın və genlərin bir oyunu, unikal bir təbiət möcüzəsidir.






