media-img-20260114-wa0062

Marketlərdə satılan bəzi məhsulların üzərində yaşıl, qırmızı, sarı kimi rənglər olur. Hansı ki bu rənglərin məhsulun keyfiyyətindən xəbər verdiyi bildirilir. Bu sistem nəyə kömək edir? Əgər müsbət bir addımdırsa, niyə bütün məhsulların üzərində bu rəng tonlarını görmürük?

Patrul.az mövzu ilə bağlı sağlam qida mütəxəssisi Asim Vəliyevin fikirlərini öyrənib.

O bildirib ki, bu metod bir çox qidalarda istifadə olunur:

“Qida məhsullarının üzrərində gördüyümüz o rəngli işarələr “işıqfor işığı sistemi” adlanır. Bu sistemdən istehlakçılara məhsulun tərkibindəki maddələrin miqdarını bir baxışda anlamağa kömək etmək üçün istifadə olunur. Bu sistem məhsulun ümumi keyfiyyətindən daha çox, tərkibindəki yağ, doymuş yağ, şəkər və duz miqdarını göstərir. Hər bir maddə üçün ayrıca rəng təyin olunur. Yaşıl rəngə o deməkdir ki, məhsulun tərkibində bu maddə azdır. Sağlam seçim hesab olunur. Sarı rəngdə maddə miqdarı orta səviyyədədir. Çox vaxt qəbul olunan hədd sayılır. Qırmızı rəng isə məhsulun tərkibində həmin maddə çox deməkdir. Bu o demək deyil ki, məhsulu yemək olmaz. Sadəcə istehlakını məhdudlaşdırmaq və bəzi hallarda yemək tövsiyə olunur”.

media-inshot_20260114_154329303

Mütəxəssisin sözlərinə görə, xüsusilə uşaqlar, yaşlılar və qidalanma məlumatı zəif olan insanlar üçün bu sistem çox faydalıdır:

“Araşdırmalar göstərir ki, rəngli etiketlər insanları daha az şəkərli və duzlu məhsullara yönəldə bilir. Bu model ilk olaraq Avropa ölkələrində geniş tətbiq olunub və ÜST kimi beynəlxalq qurumlar tərəfindən sağlam qidalanmanı təşviq edən müsbət mexanizm kimi dəyərləndirilir. Bu sistem məcburi deyil, tövsiyə xarakterlidir. İstehsalçı özü bu işarələri qoyub-qoymamağa qərar verir. Həmçinin istehsalçılar məhsulunda artıq şəkər, yağ olduğunu bildirmək üçün qablaşdırmanın üzərinə qırmızı rənglər qoymaqda maraqlı deyillər. Bu tətbiq kiçik şirkətlər üçün xərc baxımından sərfəli deyil”.

Ləman Sərraf


Bənzər xəbərlər