ABŞ prezidenti Donald Trampın ölkənin cənub sərhədində qeyri-qanuni miqrasiya ilə mübarizə üçün fövqəladə vəziyyət elan etməsindən sonra ordunun Meksika sərhədinə əlavə 1500 əsgər göndərməyə hazırlaşdığı bildirilir.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ cənub sərhədində əsgərlərinin sayını artıracaq. Adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmisi prezident Donald Trampın ölkənin cənub sərhədindən qeyri-qanuni miqrasiya ilə mübarizə üçün fövqəladə vəziyyət elan etməsindən sonra ABŞ ordusunun Meksika sərhədinə əlavə 1500 əsgər göndərməyə hazırlaşdığını açıqlayıb, lakin əsgərlərin dəqiq nə vaxt yerləşdiriləcəyini açıqlamayıb.

Tramp vəzifəyə gəldikdən sonra imzaladığı fərmanla ABŞ Müdafiə Nazirliyinə ABŞ-ın cənub sərhədində tam operativ nəzarəti təmin etmək üçün əsgərlərin sayını artırmağı tapşırıb.

Qeyd edək ki, hazırda Meksika sərhədində 2200 əsgər və minlərlə Milli Qvardiyaçı vəzifə yerinə yetirir.


Bənzər xəbərlər