Məktəbin arxasında açıq qalan elektrik naqillərinin yaratdığı təhlükə aradan qaldırıldı - VİDEO
Xaçmaz şəhərində 1 nömrəli məktəbin yaxınlığında açıq vəziyyətdə qalan elektrik naqilləri ilə bağlı təhlükəli vəziyyət aradan qaldırılıb.
Patrul.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC redaksiyamızın sorğusuna cavab verib.
Bildirilib ki, 1 nömrəli məktəbin arxa hissəsində açıq vəziyyətdə olan naqillər səliqəyə salınıb, elektrik paylayıcı qurğular isə “Azərişıq” ASC-nin texniki təhlükəsizlik tələblərinə uyğun şəkildə bərpa edilərək təhlükəsiz vəziyyətə gətirilib.
Hazırda görülən tədbirlər nəticəsində ərazidəki təhlükəli vəziyyət aradan qaldırılıb.
Gülbəniz Səfərova






