media-photo-output

Xaçmaz şəhərində 1 nömrəli məktəbin yaxınlığında təhlükəli vəziyyət qeydə alınıb.

Patrul.az xəbər verir ki, ərazidə elektrik naqillərinin açıq şəkildə qalması sakinlərin narahatlığına səbəb olub.

Vətəndaş tərəfindən çəkilərək redaksiyamıza göndərilən videogörüntülərdə naqillərin heç bir qoruyucu örtük olmadan açıq vəziyyətdə qaldığı görünür. Bildirilir ki, həmin ərazi məktəbə yaxın olduğundan burada tez-tez uşaqlar hərəkət edir və bu hal onların həyatı üçün ciddi təhlükə yarada bilər.

Sakinlər aidiyyəti qurumlara müraciət edərək problemin qısa zamanda aradan qaldırılmasını və mümkün bədbəxt hadisələrin qarşısının alınmasını tələb edirlər.

Günay Salayeva


Bənzər xəbərlər