Məktəblilər üçün təhlükə: Masazırda işıqlandırma sistemi işləmir - VİDEO
Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən Yoncalıq massivi yolunda hava qaraldıqdan sonra sürücü və piyadaların hərəkəti təhlükə altına düşür.
Patrul.az xəbər verir ki, buna səbəb sözügedən ərazinin Abşeron küçəsi boyunca quraşdırılmış işıq dirəklərinin işləməməsidir.
Mövcud vəziyyət xüsusilə həmin ərazidə fəaliyyət göstərən 6 nömrəli tam orta məktəbin ikinci növbədə təhsil alan şagirdləri üçün ciddi çətinlik yaradır.
Belə ki, axşam saatlarında dərsdən çıxan yorğun şagirdlər qaranlıq səbəbindən hər an bədbəxt hadisə ilə üzləşə bilərlər.
Məlumata görə, vaxtilə asfaltlanan yol işıqlandırma sistemi ilə tam təmin olunmayıb.
Redaksiyamıza daxil olan görüntülərdən də aydın olur ki, sürücülər qəza riskini azaltmaq üçün qaranlıqda olduqca ehtiyatla hərəkət edirlər.
Abşeron sakinləri aidiyyatı qurumlardan hər hansı bədbəxt hadisə baş vermədən yoldakı işıqlandırma sisteminin standartlara uyğun tam bərpa edilməsini xahiş edirlər.
Gülbəniz Səfərova






