Milli Dram Teatrının yaxınlığındakı təhlükəli vəziyyət aradan qalxdı – VİDEO
Keçdiyimiz gün Patrulaz.az-ın qaynar xəttinə daxil olan və yayımladığımız videogörüntülərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaxınlığında kanalizasiya lukunun istifadəyə yararsız olması və insanlar üçün təhlükə yaratdığı bildirilmişdi.
Əldə etdiyimiz məlumata görə, yayımlanan görüntülərdən sonra aidiyyatı qurumlar tərəfindən tədbir görülmüş və kanalizasiya qapağı yenisi ilə əvəz edilmişdir.






