media-inshot_20251002_181015580

Fransanın paytaxtı Parisdə etiraz aksiyaları çərçivəsində Tesla şirkətinə məxsus diler mağazasına hücum edilib.

Patrulaz.az “France24″ə istinadla xəbər verir ki, 150 nəfərlik qrup Saint-Ouen metro stansiyası yaxınlığında yerləşən mağazaya toplaşıb. Onlardan iyirmiyə yaxını içəri daxil olaraq şüarlar səsləndirib.

Aksiyanın əsas səbəbi hökumətin qənaət tədbirləri və qiymət artımları olub. Etirazçılar “Biz milyarderlərə nifrət edirik” şüarını səsləndirərək bayraqlar dalğalandırıblar.

Məlumata görə, Fransanın müxtəlif şəhərlərində etirazlar əsasən Həmkarlar ittifaqlarının təşkilatçılığı ilə həyata keçirilir. Aksiyaların iştirakçıları hökumətdən büdcə siyasətinə aydınlıq gətirilməsini tələb edirlər.

Qeyd edək ki, ümumlikdə ölkə üzrə 250-yə yaxın etirazın keçirilməsi və 350 minədək iştirakçının aksiyalara qoşulması gözlənilir.


Bənzər xəbərlər